"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Wonderland 2014 Azərbaycan" Beynəlxalq Skaut Düşərgəsi keçirilmişdir.

Azərbaycan Skautlar Assosiasiyası 10 - 17 iyul 2014-cü il tarixlərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lerikdə növbəti "Wonderland 2014 Azərbaycan" adlı Beynəlxalq Skaut Düşərgəsi təşkil edib.

“Wonderland” adlı ilk beynəlxalq skaut düşərgəsi 2013-cü ildə Şəkidə təşkil olunmuşdur.

Bu il isə Skaut öz çadırlarını Lerikdə saldı. Uşaqlar yeni tanışlıqlar və dostuqlar əldə edib, müxtəlif sahələrdə olan bacarıqlarını inkişaf etdiriblər. Pionerinq, Çayda aktivitilər, Səmti müəyyən etmə, Oxatma, Haykinq, İdman oyunları, Maneələr zolağı, Uzunömürlülər muzeyinə baxış, “Lənkaran Macəraları” – Şəhər Turu və digər fəaliyyətlər həyata keçirilmişdir.