"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Sumqayıt gəncləri üçün “Yay məktəbi” fəaliyyətə başladı

12 iyul 2014-cü il tarixindən etibarən Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt gəncləri üçün “Yay məktəbi” fəaliyyətə başlamışdır. Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində “Yay məktəbi”nin açılış mərasimində şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tədbirin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat vermişdir.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstətəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənc İstedadlara Dəstək Fondunun birgə Quba rayonunda təşkil etdiyi “Yay məktəbi”ndə ayrı-ayrı sahələri təmsil edən yaradıcı, istedadlı və ictimai fəal gənclərin öz istəkləri əsasında iştirakı nəzərdə tutlmuşdur.

“Yay məktəbi”nin təşkilində qarşıya qoyulan məqsədlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1621 №-li, 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.9. bəndinin həyata keçirilməsi, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının səmərəli təşkil olunmasıdır.

İyul-avqust ayları ərzində hər həftə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindən start götürən və gənclər tərəfindən razılıqla qarşılanmış “Yay məktəbi” çərçivəsində Quba rayonunun yaradıcı və fəal gəncləri ilə görüşlər, Ümummilli Lider Heydər Əliyevin abidəsinin, “Soyqırımı Məzarlığı”nın ziyarət edilməsi, “Su səsi” istirahət mərkəzində gənclər arasında debatların, əyləncəli, şən, maraqlı oyunların, debatların, nahar və çay fasilələrinin təşkili, təbiət qoynunda mənalı istirahət nəzərdə tutulmuşdur.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image