"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Gənc təbiət dostu” adlı layihə həyata keçirilir

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Təbiət Dostları” Gənclər İctimai Birliyi tərəfindən “Gənc təbiət dostu” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çöl şəraitində təhsil (Outdoor education) mövzusunda beynəlxalq təlimçilər üçün təlim təşkil edilmişdir. Layihənin partnyor təşkilatı Avropada fəal olan “Beynəlxalq Gənc Təbiət Dostları” - IYNF (International Young Nature Friends) təşkilatıdır. IYNF qeyri-formal təhsil metodlarını həyata keçirərək hal-hazırda Avropada çöl şəraitində təhsil (outdoor education) metodunu inkişaf etdirir. Azərbaycanda bu fəaliyyəti isə “Təbiət Dostları” Gənclər İctimai Birliyi həyata keçirir və bu metodlardan yerli və beynəlxalq düşərgələridə istifadə edilir.

Layihənin əsas məqsədi gənc ekoloq/təlimçiləri cəlb edərək, açıq havada təhsil prosesləri haqqında təcrübə və bilikləri inkişaf etdirməkdir. Qusar rayonunda təşkil edilmiş layihə çərçivəsində 16-30 yaş arası 50 gənc ekoloq iştirak etmişdir.

Təlimlər yerli ve beynəlxalq təlimçilər tərəfindən aparılmışdır. Layihə çərçivəsində Avropada fəaliyyət göstərən ekoloji gənclər təşkilatlarının (şəbəkələrin) fəal gəncləri bir araya toplanmış və Azərbaycanda təlimçilər üçün təlim təşkil etməklə, təşkilatlararası davamlı əməkdaşlıq əlaqələrini gücləndirilməsinə nail olunmuşlar. Təlimlərdə Avstriya, Danimarka, Macarıstan, Portuqaliya, Litva, Türkiyə, İspaniya, Moldova, Rusiya, Çexiya və Rumıniyadan olan gənclər iştirak etmişlər. Təlimlərdə iştirak etmiş gənclər gələcəyin təlimçiləri kimi müxtəlif metodologiyalara yiyələnərək, bacarıqlarını inkişaf etdirmiş, həmçinin təlimlərdə müxtəlif ekoloji oyunlardan, məşğələlərdən və təqdimatlardan istifadə etməyi öyrənmişlər.

Layihə çərivəsində Binəqədi rayonda “Təmiz Binəqədi” kampaniyası çərçivəsində beynəlxalq velo-yürüş də keçirilmişdir.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image