"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

II “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin püşkatma mərasimi keçirildi

Bu gün Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin mətbuat konfransı və püşkatma mərasimi keçirildi.

Müsabiqənin münsiflər heyəti: Respublikamızın Əməkdar Artistləri Tünzalə Ağayeva, Nailə Məmmədzadə, Gənclər və İdman Nazirliyinin rəsmisi Elnur Abdullayev, Yalçın Cabbarov, ATGTİ – nin sədri Şahin İsmayilov, Natavan Quliyeva və Gülnar Xəlilova müsabiqə haqqında iştirakçılara məlumat verib, əsas məqsəd haqda söz açdılar.

Qeyd edirik ki, bu tədbirdə təhsil müəssisələrinin təmsilçiləri, gənc ifaçıların çıxış ardıcıllığı da (püşkatma vasitəsi ilə) bəlli oldu.

Beləliklə, 22 təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təmsilçisi, gənc ifaçıların qatıldığı müsabiqənin yarımfinal mərhələsi 15 aprel, finalı isə 21 aprel tarixlərində Heydər Əliyev Sarayında keçiriləcək.

III "Univiziya" mahnı müsabiqəsinin qalibi mayda ölkəmizdə keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.


Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image