"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Reproduktiv sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində yeni layihə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimi Birliyi tərəfindən avqust ayından etibarən 3 ay müddətində davam edəcək “Sağlam ol Sağlam Yaşa” adlı reproduktiv sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində layinənin icrasına başlanılacaqdır.


Layihə çərçivəsində təşkil ediləcək təlimlərdə yüzlərlə gəncin iştirakının təmin edilməsi planlaşdırılır.

Layihənin koordinatoru Nisə Rəhimovanın verdiyi məlumata əsasən layihənin icrasında əsas məqsəd zərərli vərdişlərlə mübarizə istiqamətində sosial fəallığın artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırmasına yardımçı olmaq, təhsil işçilərini, valideynləri və ümumilikdə cəmiyyəti reproduktiv sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində maarifləndirmə işinə cəlb etməktdir.