"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Hərbi xidmətə yola düşən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə dəstək başladı

İyul ayının 14-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Gələcəyə Doğru Gənclərin İnkişafı” ictimai birliyinin təşkilatçılığı ilə Yasamal rayon Səfərbərlik idarəsində “ Hərbi xidmətə yola düşən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə dəstək” layihəsinə start verilmişdir.

Layihə çərçivəsində hərbi xidmətə yollanan gənclərlə görüş keçirilmiş və onlara milli-vətənpərvərlik motivləri ilə hazırlanan kitabçalar paylanmışdır.

“Gələcəyə Doğru Gənclərin İnkişafı”ictimai birliyinin təşkilatçılığı ilə keçirilən bu layihənin əsas məqsədi hərbi xidmətə yola salınan gənclərə vətənpərvərlik hisslərinin aşılanması və onlarda orduya olan marağın daha da artırılmasıdır.Tədbirin iştirakçıları qeyd ediblər ki müharibə şəraitində olan ölkə üçün bu səpkili layihələrin keçirilməsi çox mühüm əhəmiyyət daşıyır. Eyni zamanda hər birimizin ölkə başçısı cənab İlham Əliyevin bir əmri ilə itirlmiş torpaqları geri qaytarmağa qadir olduğu və buna yalnız vətənpərvər gənclərin köməyi ilə nail olmağın mümkünlüyü bildirildi. Qeyd edək ki, pilot layihə kimi start götürən bu tədbirin gələcəkdə daha geniş miqyasda keçirilməsi nəzərdə tutulmuşdur.

Xatırladaq ki, “ Hərbi xidmətə yola düşən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə dəstək” layihəsi çərçivəsində Nəsimi rayonunda da çağırışçılarla görüş təşkil edilmişdir. Tədbirin bir neçə rayon ərazisində də reallaşdırılması nəzərdə tutulur.