"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyin dəstəyi ilə, vokalçımız Aqşın Abdullayev “Vostoçnıy Bazar” beynəlxalq televiziya musiqi müsabiqəsində birinci yer qazanmışdır.

24 iştirakçının arasında ən yüksək xal yığaraq qalib gəlmişdir. Qeyd edək ki, münsiflər heyətinə məşhur Azərbaycan muğənnisi Roza Zərgərli, “Vostoçnıy Bazar 2012” müsabiqəsinin qran-pri mükafatçısı Cəlal Abbasov, “Eurovision” beynəlxalq musiqi müsabiqəsində Moldova nümayəndə heyətinin rəhbəri Sergey Orlov, festivalın prezidenti İsmət Zaatov, Belarus Respublikasının xalq artisti Eduard Xanok və sair tanınmış insanlar daxil idilər.

“Vostoçnıy Bazar” - şərqi Avropada peşəkar ifaçılar üçün böyük beynəlxalq müsabiqədir. Festival Ukrayna Respublikasının Mədəniyyət Nazirliyinin, Türkiyənin Türizm Nazirliyinin və sair təşkilatların himayəsi ilə keçirilmişdir. Müsabiqənin məqsədi şərq və qərb musiqisinin məşurlaşması, dünya cəmmiyətinə tanidması idi.