"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Xəmsə Milli İntellektual oyunu üzrə III Azərbaycan çempionatı sona çatdı.

10 dekabr 2013-ci tarixində Naxçıvan şəhərində Xəmsə Milli İntellektual oyunu üzrə III Azərbaycan çempionatı sona çatdı.

Regionlarada qalib gələn 32 komanda çempionatda iştirak etmişdir. Sumqayıt, Göranboy, Bakı, Ucar, Neftçala, Qusar, Qazax, Fizuli, Şəmkir, Hacıqabul, Naxçıvan, Samux,Quba, Siyəzən, Ordubad, Oğuz, Lənkəran, Qobustan, Balakən, Şirvan, Xocavənd, Culfa və Astara kimi rayonlardan komandalar çempionata qatılmışdılar.

Qrup və yarımfinal oyunlarının nəticələrinə görə, finalda “Səfəvi” (Hacıqabul), “Uğur” (Şirvan), “Xəzər” (Bakı ş. Yasamal rayonu) və “Zəngi” (Bakı ş. Nizami rayonu)-ndan görüşmüşdülər.

Respublika çempionu Bakı şəhərinin Nizami rayonundan olan “Zəngi” Komandası seçildi, ikinci yer – “Xəzər” (Bakı ş. Yasamal rayonu), üçüncü yer - “Uğur” (Şirvan).

Xəmsə Milli İntellektual oyunu üzrə III Azərbaycan çempionatı Gənclərin İntllektual İnkişafı mərkəzi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təşəbbüsü ilə keçirilmişdir

Oyunun əsas məqsədi gənclərin istedadlarını, intellektual oyunlar vasitəsi ilə təhsilə və elmə marağın artırılmasıdır. Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri Faiq Hüseynov qeyd etdi ki: “Biz Xəmsənin Naxçıvanda keçirildiyini, məhz regionların inkişafı nəzərdən seçdik”.

Çempionat haqqında və Gənclərin İntellektual İnkişafı Mərkəzi haqqında əlavə məlumatı xamsa.mio@gmail.com imeyl vasitəsi ilə və yaxud (050) 2102807 mobil telefon vasitəsi ilə ala bilərsiniz.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image