"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Xəzər kuboku" ("Caspian Cup ") adlı intellektual oyunlar üzrə üçüncü beynəlxalq turnir keçiriləcək

30 may - 2 iyun 2014-cü il tarixlərdə Bakının Kempinski-Badamdar mehmanxanasında İntellektual oyunlar üzrə III Beynəlxalq "Xəzər kuboku" ("Caspian Cup") turniri keçiriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və "Gənclərin İntellektual İnkişaf Mərkəzi"nin (GİİM-in) təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə 56 komanda iştirak edəcək. Qeyd edək ki, turnirə qatılan 36 iştirakçı komanda Azərbaycanı təmsil edir, digər komandalar - Rusiya Federasiyası, Özbəkistan, Moldova, Türkmənistan, Qazaxıstan, İsrail, Almaniya və Gürcüstandan olan komandalardır. Turnirin proqramına "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" oyunlarından başqa "Xəmsə" milli intellektual oyunu da daxildir.