"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Çağırış yaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə mədəni-kütləvi tədbirlər

Gənclər və İdman nazirliyi tərəfindən 3-7 aprel 2014-cü il tarixlərdə hərbi xidmətə çağırış kampaniyası dövründə Qazax, Ağstafa, Siyəzən və Şabran rayonlarında çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd hərbi hissələrə yolasalınan gənclərə uğurlar diləmək və çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi üçün tövsiyyələr vermək olmuşdur. Tədbirlərdə Nazirliyin və yerli icra hakimiyyətləri nümayəndələrinin çıxışları dinlənilmiş, iştirakçılara xüsusi hazırlanmış tövsiyyə-yaddaş kitabçaları paylanmış və gənc ifaçıların iştirakı ilə konsert proqramları təşkil edilmişdir. Tədbirlərdə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yerli şöbələrinin nümayəndələri də iştirak etmişdir.


Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image