"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Azərbaycan Könüllülük Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” nin Virtual xəritəsi təqdim olunacaq

3 iyul 2014-cü il Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Azərbaycan Könüllülük Xidməti” Proqramının və “Gənclər mərkəzləri və Gənclər evləri” Virtual xəritəsinin təqdimatı keçiriləcək.

Təqdimat zamanı “Azərbaycan Könüllülük Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” Virtual xəritəsi haqqında məlumat veriləcək.

“Azərbaycan Könüllülük Xidməti”Proqramının əsas məqsədi ölkədə könüllü hərəkatına təkan vermək, könüllülərin inkişafı və onların idarə edilməsinə və ölkədəki gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tərtib edilməsidir.Proqramın iyun ayında start götürməklə ilin sonunadək həyata keçiriləcək və ölkənin 60 gənc liderini və 15 gənclər evini və mərkəzini əhatə edəcək. Proqram çərçivəsində könüllülərlə iş üzrə yerli koordinatorların hazırlanması, yerlərdə könüllülərin 1 aylıq mübadiləsi və təcrübəsi proqramının təşkil olunması planlaşdırılır.

“Gənclər mərkəzləri və Gənclər evləri” Virtual xəritəsininəsas məqsədi, əlaqə məlumatlarının və 3D video-turunvasitəsi ilə ölkənin gənclər evlərinin və mərkəzlərinin elektron resurs şəbəkəsinin yaradılması idi. Bu ilin 6 ayı ərzində (yanvar-iyun) həyata keçirilən layihə çərçivəsində 28 gənclər mərkəzləri və evləri arasında sorğu keçirilmiş və 3D video çəkilişləri həyata keçirilmişdir.Bu işin nəticəsi olarq ölkənin gənclər siyasəti, Dövlət Gənclər Proqramı və digər məlumatlarla birgə“Gənclər mərkəzləri və Gənclər evləri” virtual resurs mərkəzi yaradılmışdır.

“Azərbaycan Könüllülük Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” Virtual xəritəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Tədbirə qonaqlar qismində Azərbaycan Respublikası Prezident Administrasiyanın, Gənclər və İdman Nazirliyi, TəhsilNazirliyi, Mədəniyyət və TurizmNazirliyi, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun nümayəndələri,millət vəkilləri, beynəlxalq və digər gənclər təşkilatlarının, həmçinin ölkənin gənclər evlərinin və gənclər mərkəzlərinin nümayəndələri dəvət olunub.

Təqdimat 3 iyul 2014-cü il Four Seasons otelinin Segah zalında baş tutacaq

Vaxt:11.00-12.30(qeydiyyat 10.00-dan)

Yer:Four Seasons oteli , Segah zalı