"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinalı keçirildi

Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə ATGTİ tərəfindən reallaşdırılan III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi 16 aprel tarixində Heydər Əliyev Sarayında baş tutdu.

22 təhsil müəssisəsinin qatıldığı yarışda 14 ifaçı finala vəsiqə qazandı.

Mədəniyyət, incəsənət xadimləri və musiqiçilərdən ibarət münsiflər heyətinin qərarını açıqlayan respublikamızın Əməkdar Artisti Tünzalə Ağayeva və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov aprelin 21-də keçirilək III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin finalında birincilik uğrunda mübarizə aparacaq finalçıları elan etdilər.

Beləliklə “ADA” Universiteti Günay Bədəlova, Azərbaycan Kooperasiya Universiteti Üzeyir Quliyev, “Xəzər” Universiteti Musa Abdullayev, Naxçıvan Dövlət Universiteti (qrup) Li Cin, Samson Odigiye, Olubayo Cozef Onanuqa, Ece Fatoş, Milli Aviasiya Akademiyası Ülkər Cəfərli, Bakı Dövlət Universiteti Əlihüseyn Quluzadə, “Odlar Yurdu” Universiteti (qrup) Elvin Əlləzov, Xumar Cavadova, Səid Təhməzov, Arzu İsmayılova, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Aytəkin Bədəlova, Azərbaycan Tibb Universiteti Şamxal Məcidov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Orxan Nərimanzadə, “Elm və Təhsil Mərkəzi” Təfəkkür Universiteti Taleh Bədirxanov, Bakı Slavyan Universiteti Kəmalə Novruzova, Azərbaycan Dövlət Neft Akademiyası “Old Academy” qrupu və Bakı Dövlət Sosial-İqtisadi Kolleci Mərdan Kazımov finalda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, qalib mayda Bakıda keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.


Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image