"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Youth Inc.” Proqramı çərçivəsində gənc sahibkarlar üçün keçirilən təlimlər sona çatıb.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) və “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Youth Inc.” Proqramı çərçivəsində gənc sahibkarlar üçün keçirilən silsilə təlimlər sona çatıb.

Proqramın məqsədi gənclərin biznes ideyalarının təqdim olunması, layihələndirilməsi, biznes plan və biznes təqdimatların hazırlanması, bir sözlə sahibkarlıq potensialına imkanların yaranmasıdır.

“Youth Inc.”Proqramı gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Proqramın əsas tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi, Coca-Cola Şirkəti və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyidir.

“Youth Inc.”Proqramı çərçivəsində baş tutan təlimər ATV telekanalında yayımlanan “İdeya Qazandı!” işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar üçün keçirilib.

Qeyd edək ki, proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.4.2 (Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi) yarımbəndinin icrası məqsədilə həyata keçirilir.